XƏBƏRLƏR / İctimaiyyət

Çində qocalar evində yanğın baş verib, 20 nəfər ölüb

"AP" xəbər verir

Çində qocalar evində yanğın baş verib, 20 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çinin Hıbey vilayətində qocalar evində baş verən yanğında ən azı 20 nəfər ölüb.

    Vilayətin səlahiyyətli qurumlarının açıqlamasına görə, yanğın Çende şəhərinin Lonhua rayonunda aprelin 8-də axşam saat 9 radələrində başlayıb. Son məlumata əsasən, 20 nəfərin öldüyü təsdiqlənib. Hazırda binada axtarış işləri aparılır.

    Yanğının səbəbi bilinmir.