XƏBƏRLƏR / Hadisə

Çində ticarət mərkəzində baş verən yanğında 16 nəfər ölüb

Hadisə Ciqon şəhərində ticarət mərkəzinin yerləşdiyi binada baş verib

Çində ticarət mərkəzində baş verən yanğında 16 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çinin Siçuan əyalətinin Ciqon şəhərində ticarət mərkəzinin yerləşdiyi binada baş verən yanğın nəticəsində 16 nəfər ölüb.

    Şəhərin yanğın və xilasetmə qərargahı xəbər verir ki, 14 mərtəbəli binada yanğın iyulun 17-də axşam saatlarında başlayıb. Alov binanın birinci mərtəbəsindən 6-cı mərtəbəsinə qədər sahəni əhatə edib. Yanğının söndürülməsinə 20 texnika, 100-ə yaxın yanğınsöndürən cəlb olunub. Yanğın söndürüldükdən sonra gecə saat 3 radələrində axtarış-xilasetmə işləri başa çatıb, bina tam boşaldılıb, 75 nəfər təxliyə edilib.

    İlkin ehtimala görə, yanğın binada aparılan təmir işləri ilə əlaqədar olub.