Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev Azərbaycanı tərk etmək istədiyini bildirib.
Məşhur yazıçı bu barədə sosial şəbəkədə paylaşımında yazıb.
Ç.Abdullayev sosial şəbəkədə ona qarşı olan hücumlardan zinhara gəldiyini qeyd edib: “Bu axmaq zarafatlardan bezmişəm. “Axmaqlar” yazsam, inciyəcəklər. “Yaramazlar” yazacağam daha da inciyəcəklər. Onların hamısı məni bezdirib. Bəlkə birdəfəlik çıxım getməyim daha doğru olar?! Çox pis oluram. Bu mənim ölkəmdir, mənim şəhərimdir. Bu şəhərin ləhcəsini danışdığım üçün belə qınanıram. Belə də yaşayırıq! Həddindən artıq adekvat olmayan adamlar var. Bu isə bütün hər şeyi korlayır. Artıq nəsə etmək, qərar vermək vaxtıdır!” - deyə yazıçı vurğulayıb.