Çingiz Mustafayev məzarı önündə anıldı
33 il əvvəl o, Qarabağ müharibəsi zamanı çəkiliş apararkən şəhid olub
 
                                Bu gün Milli Qəhrəman, telereportyor Çingiz Mustafayevin anım günüdür.
Milli Qəhrəmanın ailə üzvləri, ANS-çilər, Çingizsevərlər onun məzarı başına toplaşıblar.
Çingiz Mustafayev (1960-1992) - milli televiziyasının inkişafında mühüm xidmətləri olan azərbaycanlı hərbi jurnalistdir.
O, bir sıra xarici xəbər agentlikləri ilə əməkdaşlıq edib.
Çingiz Mustafayev Qarabağdakı döyüş bölgəsindən, o cümlədən Xocalı qətliamından çəkilən məşhur reportajların müəllifidir.
1992-ci il iyunun 15-də Naxçıvanik kəndində çəkiliş apararkən həlak olub.
Çingiz Mustafayev Azərbaycanın Milli Qəhrəmanıdır.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            