XƏBƏRLƏR / Dünya

Çinin paytaxtı istiqamətində hərbi karvanlar müşahidə olunur

İnternetdə hərbi çevriliş cəhdinin və Si Cinpinin özünə qarşı sui-qəsd cəhdi haqda məlumatlar dolaşır

Çinin paytaxtı istiqamətində hərbi karvanlar müşahidə olunur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pekinə doğru hərəkət edən aktiv hərbi karvanlar müşahidə olunub. Ölkənin digər bölgələrində Çin Xalq Azadlıq Ordusunun bütün digər hərəkətlərinin qadağan edildiyi bildirilir.

    Daha əvvəl Çində Si Cinpinqdən sonra ikinci ən yüksək vəzifəli şəxs və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olan Çjan Youxianın ABŞ-a casusluq etməkdə şübhəli bilinərək saxlanıldığı bildirilmişdi.

    Pekinin mərkəzində yüksək təhlükəsizlik tədbirləri görüldüyü bildirilir.

    Hərbi çevriliş cəhdinin və Si Cinpinin özünə qarşı sui-qəsd cəhdinin qarşısının alınması ilə bağlı internetdə təsdiqlənməmiş məlumatlar da yayılır.