XƏBƏRLƏR / Dünya

Si Cinpinin müavini dövlətə xəyanətdə ittiham olunur

Çjan Yusya Çinin nüvə proqramı ilə bağlı yüksək məxfi məlumatları ABŞ-a ötürməkdə günahlandırılır

Si Cinpinin müavini dövlətə xəyanətdə ittiham olunur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "The Wall Street Journal" qəzetinin istintaqla tanış mənbələrə istinadən verdiyi məlumata görə, Çin Mərkəzi Hərbi Komissiyasının (sədr Si Cinpin) sədr müavini, general Çjan Yuksya dövlətə xəyanətdə və Çinin nüvə proqramı ilə bağlı yüksək məxfi məlumatları ABŞ-a ötürməkdə ittiham olunur.

    Nəşrin məlumatına görə, Çjan Yuksya Çinin nüvə silahlarının hazırlanması ilə bağlı əsas texniki məlumatları amerikalılara ötürməkdə şübhəli bilinir. Mənbələrin qeyd etdiyi kimi, bu ittihamlar ölkənin ən nüfuzlu hərbi liderlərindən birinə qarşı aparılan istintaqda ən yüksək səviyyəli və şokedici elementə çevrilib.