COP-29 sammitində 100-dən çox lider iştirak edəcək
Bu barədə Təşkulat komitəsi məlumat verib
COP-29 liderlər sammitində 100-dən çox dövlət və hökumət başçısının, vitse-prezidentin iştirakı gözlənilir. Bu barədə cümə axşamı iclasda Azərbaycan Prezident Administrasiyasının rəhbəri, COP-29 Təşkilat Komitəsinin sədri Samir Nuriyev bildirib.
Onun sözlərinə görə, COP-29-da iştirak etmək üçün Birləşmiş Millətlər Təşkilatı Çərçivə Konvensiyası katibliyi vasitəsilə 50 mindən çox adan qeydiyyatdan keçib.
COP-29 konfransı noyabrın 11-22-də, liderlər sammiti isə noyabrın 11-13-də keçiriləcək.