BLOQ

Ciorcia Meloni İlham Əliyevlə görüşü haqda yazıb

İtaliynın Baş naziri bu haqda "X" sosial şəbəkəsində paylaşım edib

Ciorcia Meloni İlham Əliyevlə görüşü haqda yazıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İtaliyanın Baş naziri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü haqda "X" sosial şəbəkəsindəki hesabında təəssüratlarını paylaşıb.

    Paylaşımda deyilir:

    "Mən bu gün Palazzo Çiqi sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdüm. Söhbət xalqlarımız arasında tərəfdaşlığın strateji xarakterini və Bakıda keçiriləcək növbəti COP29-a Azərbaycanın sədrliyi baxımından enerjidən başlayaraq bütün maraq kəsb edən sektorlarda əməkdaşlığın dərinləşdirilməsinə davam etmək öhdəliyini təsdiqləyir. 

    Mən, həmçinin İtaliyanın Qafqaz regionunun sabitliyi və firavanlığına sadiqliyini və davamlı sülhə nail olmaq məqsədi ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstəyini bir daha təsdiqlədim və Avropa İttifaqının rolunun bunun ayrılmaz hissəsi olduğunu vurğulamaq istədim. Aİ ilə əməkdaşlıq bütün region üçün, həmçinin əlaqə baxımından yeni imkanlar aça biləcəyi yoldur.

    Görüş, həmçinin beynəlxalq gündəliyin əsas mövzuları üzrə dərin müzakirələrə və Mattei Planı çərçivəsində ümumi sinerjilərin yoxlanmasına imkan verib. Görüşün sonunda ENİ və SOCAR arasında enerji təhlükəsizliyi, istixana qazlarının emissiyalarının azaldılması və bioyanacaq istehsalı zənciri sahələrində üç anlaşma memorandumu imzalanıb".