XƏBƏRLƏR / Terror

"Krokus"da terror aktı zamanı 5000-dən çox insan qaça bilib

Təkçə "Piknik" qrupunun konsertinə 6 200 bilet satılmışdır

"Krokus"da terror aktı zamanı 5000-dən çox insan qaça bilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fövqəladə hallar xidmətinin nümayəndəsi RİA Novosti-yə bildirib ki, terror aktından sonra "Crocus City Hall"da damın çökməsinin sahəsi, yenilənmiş məlumatlara görə, 7 min kvadratmetr təşkil edib.

    "112" mənbəsi xəbər verir ki, "Crocus"da terror aktı zamanı 5000-dən çox insan qaça bilib. Lakin hücuma məruz qalan təkçə Müslüm Maqomayev adına konsert zalındakı "Piknik" qrupunun konsertinə 6 200 bilet satılmışdır. 

    İnsanlar müstəqil şəkildə, konsert zalının əməkdaşlarının və əməliyyat xidmətlərinin köməyi ilə qurtula bilib. Zirzəmilərdən, ofis otaqlarından və damlardan çıxa biliblər.

    KİV-in məlumatına görə, onlarla adam hələ də itkin düşənlər siyahısındadır və 100-ə yaxın cəsədin şəxsiyyəti hələ də məlum deyil. Çoxlarının şəxsiyyətini müəyyən etmək üçün 2 həftə çəkəcək DNT müayinəsi tələb olunacaq. Təkcə Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə indiyədək 2300-ə yaxın insan müraciət edib. Bunlardan 1000-ə yaxını ötən gün ərzində müraciət edib.

    “Baza”nın məlumatına görə, bir gecədə terror aktı baş verən yerdə 17 cəsəd parçası tapılıb.

    "Crocus"da törədilən terror aktı nəticəsində ölənlərin sayı 144 nəfərə çatıb.

    97 nəfər xəstəxanalarda müalicə alır.