XƏBƏRLƏR / Məhkəmə

Culian Assanj Avstraliyada ailəsi ilə görüşüb YENİLƏNİB

Hava limanında onu həyat yoldaşı Stella Assanj, atası və dəstəkçiləri qarşılayıblar

Culian Assanj Avstraliyada ailəsi ilə görüşüb YENİLƏNİB
Culian Assanj
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:58

    “Wikileaks” portalının təsisçisi Culian Assanjın göyərtəsində olduğu təyyarə Avstraliyanın paytaxtı Kanberraya eniş edib.

    Hava limanında onu həyat yoldaşı Stella Assanj, atası və dəstəkçiləri qarşılayıblar.

    Culian Assanj böyük alqış sədaları altında onu Avstraliyaya qaytaran təyyarədən düşüb. O, yumruğunu göyə qaldıraraq Kanberrada toplaşan izdihamı salamlayıb. Daha sonra həyat yoldaşı və atası ilə görüşüb.

    Qeyd edək ki, Culian Assanj ABŞ hökuməti ilə razılığa gələrək Amerika hərbi sirlərini ictimailəşdirmə maddəsi üzrə təqsirli olduğunu etiraf edib. Onu azadlığa çıxaran məhkəmə prosesi ABŞ-ın Qərbi Sakit okeanda federal torpağı sayılan Saypan adasında keçirilib.

    ***

    07:34

    “Wikileaks” portalının təsisçisi Culian Assanj ABŞ-ın Qərbi Sakit okeanda federal torpağı sayılan Saypan adasındakı məhkəmədən azadlığa buraxılıb.

    Məhkəmə prosesi bitdikdən sonra o, ölkəsi Avstraliyaya uçmaq üçün Saypan hava limanına yollanıb.

    Qeyd edək ki, C.Assanj bu gün məhkəmə prosesi zamanı ABŞ tərəfi ilə əvvəlcədən razılaşdığı kimi Amerika hərbi sirlərini ictimailəşdirmə maddəsi üzrə təqsirli olduğunu etiraf edib. O, həmçinin “Wikileaks” portalında təqdim edilmiş məlumatları silmək öhdəliyini üzərinə götürüb. Razılaşmanın şərtlərində də qeyd olunduğu kimi, ABŞ Ədliyyə Departamentinin prokurorları 62 aylıq həbs tələb edib, bu da Assanjın Böyük Britaniyada həbsxanada yatdığı müddətə bərabərdir.

    Assanj ABŞ-a getməyə qarşı çıxdığı üçün məhkəmə iclası Saypan adasında keçirilib. Bura həm də Avstraliyaya yaxın olduğu üçün seçilib.