Cümhuriyyət parlamentinin açılışı - 105
Parlamentin yaradılması prosesinə birbaşa M.Ə.Rəsulzadə rəhbərlik edirdi
105 il əvvəl dekabrın 7-də Cümhuriyyət parlamentinin açılışı - ilk iclası olub. O dövrdə parlamentin yaradılması prosesinə birbaşa M.Ə.Rəsulzadə rəhbərlik edirdi.
Proses olduqca mürəkkəb hərbi-siyasi şəraitdə gedirdi. Mudros müqaviləsindən (30.X.18) sonra Osmanlı ordusu Azərbaycanı tərk etmiş, Antanta qoşunları noyabrın 17-də Bakıya girmişdi. Bu qoşunların komandanı general Tomson Azərbaycanın müstəqilliyini tanımırdı. Şəhərdəki Rus Milli Şurası Milli hökumətin ləğvini və hakimiyyətin ona verilməsini tələb edirdi. Erməni şurası, Biçeraxov və başqaları da xeyli fəallaşmışdı. Belə bir şəraitdə Qurucu babalarımz Rəsulzadənin sədrliyi ilə Milli Şuranın fəaliyyətini bərpa etdilər.
Şura qanunvericilik səlahiyyətiniöz üzərinə götürdü. Bununla bağlı xalqa müraciət qəbul olundu. Milli Şuranın 44 üzvündən əlavə əyalətlərdən daha 36 deputat seçildi, dekabrın 3-də onların ümumi toplantısı keçirildi. Xoyski hökuməti daha çevik işləməyə başladı. Tomsonla danışıqlarda koalision hökumət qurulması barədə ümumi razılığa gəlindi.

Nəhayət, dekabrın 7-də saat 13.25-də Rəsulzadənin sədrliyi ilə milli parlament - Məclisi Məbusan ilk iclasına başladı.
Millətə bu şərəfli tarixi yaşatmış Qurucu babalarımızı ehtiramla yad edirik!
Professor
Qulu Məhərrəmli