XƏBƏRLƏR / İctimaiyyət

Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirilib

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev məluumat verib

Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukraynalı uşaqlardan ibarət daha bir qrup Bakıya gəlib.

    Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev "X" hesabında paylaşım edib.Qeyd edilib ki, 18 ukraynalı uşaq Azərbaycanda peşəkar tibbi-psixoloji dəstək və reabilitasiya proqramından keçəcək.

    Bildirilib ki, 2022-ci ildən bu günədək ümumilikdə 594 ukraynalı uşaq Azərbaycanda istirahət və bərpa imkanından yararlanıb.

    Səfir göstərilən həmrəylik və dəstəyə görə Azərbaycana təşəkkür edib.