“Dahilərin Divanı”: Əlimərdan Topçubaşov

Bu veriliş ANS televiziyasında 25.05.2008-ci ildə çəkilib və yayımlanıb

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Azərbaycan Xalq Cümhuriyyətinin ikinci xarici işlər və portfelsiz naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü, Bakı Müsəlman İctimai Təşkilatları Şurası İcraiyyə Komitəsinin sədri, Nicat Cəmiyyətinin sədri, Rusiya imperiyası I Dövlət Dumasında Müsəlman fraksiyasının sədri, Rusiya imperiyası I Dövlət Dumasının üzvü, İttifaqi-Müslimin Partiyasının sədri, Bakı Şəhər İdarəsinin rəisi, Bakı Şəhər Dumasının üzvü, Kaspi qəzetinin baş redaktoru olub.

    Son nəfəsinədək mühacir həyatı yaşayan Azərbaycanın azadlığı və Qafqaz respublikalarının birliyi üçün çalışan Əlimərdan bəy səfalət içində yaşamış, 1934-cü ildə Parisdə vəfat etmişdir.