"Ölümdən 24 saat əvvəl": Məşədibaba
Azərbaycanlı meyxanaçının faciəvi həyatına həsr edilən bu veriliş 2011-ci ildə ANS TV-də yayımlanıb
Məşədibaba Aydəmirov 1971-ci ildə fevral ayının 13-ü Bakı şəhərinin Maştağa qəsəbəsində anadan olub. Uşaq yaşlarından şeirə böyük maraq göstərib. Yüzlərlə şeir, qəzəl, qəsidə müəllifidir. Məşədibaba Aydəmirov uşaq yaşlarından şeirlər yazırmış. Böyüdükcə onun bu istedadı da artır. Valideynləri Məşədibabanın bu istedadını görüb onu məktəbdən çıxarırlar. Beləcə, balaca Məşədibaba bütün vaxtını bədii kitablar oxumağa, şeir yazmağa ayırır.
39 yaşlı Məşədibaba yaşadığı evin qarşısında üstünə benzin tökərək özünü yandırıb. O, qonşuların köməkliyi ilə xəstəxanaya yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq şairi xilas etmək mümkün olmayıb.
Qafiyələri:
1.Səndə bilijnidi (yaxındı), məndə dalnidi (uzaqdı) 1991
2.Ya ölək, ya yaşıyaq, ya da görək nə edirik 1991
3.Bu gecə burda qiymətim var mənim 1992
4.Gedək evə, evdə nigarandılar 1992
5.Namərdin nöqsanı çətindir mərdə 1992
6.Ağıl başdan ruhda bədəndən çıxır, hər cürə insan bu vətəndən çıxır 1992
7.Bahalıqdır, alırıq bulkunu tort qiymətinə 1993
8.Axtarıram yamanını şairlərin 1993
9.Yaxşılığını eylə, yamana baxma 1993
10.Dədə-babadan qalıb bizə meyxana 1993
11.Gül sənin, bülbül sənin, sünbül sənin, mübarək olsun toyun, oğlan, sənin 1993
12.Yuxun gəlir, yat gecədən səhərəcən 1993
13.Maştağadı Bülbülə Bülbül qonubdur gülə