“Ölümündən 24 saat əvvəl”: Şəfa Hüseynova

Bu veriliş ANS televiziyasında 2010-cu ildə çəkilib və yayımlanıb

  • Oxuma müddəti:

    1 dəqiqə

  •    Şəfa Hüseynova 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində ziyalı ailəsində anadan olmuşdur. 1988-ci ildə SSRİ-nin son illərində ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. İlk dəfə "Dağlar" adlı şeiri ilə AzTV-nin "Kövrək qədəmlər" verlişində çıxış edib. Orta məktəbi əla qiymətlərlə bitirmiş və 1992-ci ildə Türkiyənin Egey Universitetinin "Türk filalogiyası" fakültəsinə qəbul olunmuşdur. Universitetdə təhsil aldığı illər ərzində tələbə yoldaşları ilə birlikdə konsert proqramları təşkil edib və oradan gələn gəliri o dövrdə fəaliyyət göstərən Qarabağa xalq yardımı cəmiyyəti fonduna köçürüb. 1993-cü ildə Azərbaycana qayıdıb və təhsilini Bakı Dövlət Universitetində davam etdirib. Şəfa mütamadi olaraq müxtəlif hərbi hissələrdə konsert proqramı ilə çıxış etmiş və hərbi hissə komandanlığı tərəfindən fəxri fərmanlara layiq görülmüşdür. O, 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub.