"Dahilərin divanı": Molla Pənah Vaqif
2008-ci ildə ANS TV-də çəkilib yayımlanan bu veriliş XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadimi barədədir
Molla Pənah Vaqif təxminən 1717-ci ildə Qazax mahalının Yuxarı Salahlı kəndində doğulmuşdur. Əsl adı Pənah, atasının adı Mehdi ağa, təxəllüsü Vaqifdir. Ziyalı bir şəxs olduğuna görə ona xalq arasında "Molla" titulu verilmiş. Vaqif yüksək təhsil görmüş, doğma dilindən əlavə ərəb-fars dillərini, bir sıra dini və dünyəvi elmləri kifayət qədər mənimsəmişdir. Şairin həyatı təxminən 42 yaşına qədər Qazaxla bağlı olmuşdur.
Molla Pənah Vaqifin yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdir.
1797-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu zamanı İbrahimxəlil xan Car-Balakənə üz tutur. Şəhəri ələ keçirən Qacar bir gün sonra orada sui-qəsd nəticəsində öldürülür. Hakimiyyətə İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy yiyələnir. Məhəmməd bəy Vaqifi oğlu Əli bəylə birlikdə edam etdirir. Vaqifin evi talan olunur, əlyazmaları yandırılır. Molla Pənah Vaqif 1797-ci ildə vəfat edir.