XƏBƏRLƏR / İdman

Messinin komandası Səudiyyəyə 4 qol vurdu, 1:2 uduzdu

Dünya Çempionatı-2022-nin ilk sensasiyası

Messinin komandası Səudiyyəyə 4 qol vurdu, 1:2 uduzdu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qətərdə təşkil olunan DÇ-2022 davam edir.

    Apasport.az saytının məlumatına görə, mundialın 3-cü oyun günü C qrupunun oyunu ilə start götürüb.

    Qrupun birinci matçında mundialın ilk böyük sensasiyası qeydə alınıb. Dünya çempionatının favoritləri sırasında göstərilən Argentina gözlənilmədən Səudiyyə Ərəbistanına məğlub olub.

    Halbuki qarşılaşmada hesabı cənubi amerikalılar açıb. Erkən topun ardından argentinalıların daha 3 qolu ofsayd səbəbindən hesaba alınmayıb. Fasilədən sonra daha yaxşı təsir bağışlayan Səudiyyə Ərəbistanı geridönüş edərək, əzmkar qələbə qazanıb.

    Qeyd edək ki, C qrupunun II turu çərçivəsində noyabrın 26-da Səudiyyə Ərəbistanı Polşa ilə, Argentina isə Meksika ilə qarşılaşacaq.

    DÇ-2022, qrup mərhələsi
    22 noyabr
    C qrupu
    14:00. Argentina – Səudiyyə Ərəbistanı - 1:2
    Qollar:
    Lionel Messi, 10 (pen.) - Saleh Əl Şehri, 48, Salem Əl Daşsari, 53