Qayıdış

Demarkasiya edilən ərazilərdəki kəndlər bərpa ediləcək FOTO

İşğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılxacılı kəndlərin yenidən qurulacaq

Demarkasiya edilən ərazilərdəki kəndlər bərpa ediləcək FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılxacılı kəndlərinin tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlanılıb.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Qazax Rayon İcra Hakimiyyətindən məlumat verilib.

    Yada salaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı keçirilən görüşdə Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılqacılı kəndlərinin Azərbaycana qaytarılması barədə razılıq əldə olunub.

    Bu kəndlər 2024-cü il mayın 24-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətinə götürülüb.