XƏBƏRLƏR / Nəqliyyat

Dəmir yolları üzrə Ermənistan-Rusiya işçi qrupu toplaşıb

“Sputnik-Armenia” xəbər verir

Dəmir yolları üzrə Ermənistan-Rusiya işçi qrupu toplaşıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan və Rusiya arasında Ermənistan dəmir yollarının fəaliyyəti ilə bağlı yaradılmış birgə işçi qrupunun ilk iclası bu gün İrəvanda keçirilir.

    “Sputnik-Armenia” xəbər verir ki, iclas Rusiya Dəmir Yolları (RJD) şirkətinin törəmə müəssisəsi olan “Cənubi Qafqaz Dəmir Yolları”nın (YUKJD) konsessiya idarəçiliyindəki Ermənistan dəmir yollarının fəaliyyətinə həsr olunub.

    Məlumata görə, iclas qapalı rejimdə keçirilir və mütəxəssislərin işi gün ərzində davam edəcək.

    İşçi qrupunun yaradılması barədə qərar Ermənistanın Baş naziri Nikol Paşinyanla RJD-nin baş direktoru Oleq Belozerov arasında oktyabrın 14-də İrəvanda keçirilən görüşün yekunlarına əsasən qəbul edilib. Qrupa Ermənistan tərəfdən ərazi idarəetməsi və infrastruktur nazirinin müavini David İvanyan rəhbərlik edir. Rusiya tərəfini isə nəqliyyat nazirinin müavini Aleksey Şilo və RJD-nin baş direktor müavini Vyaçeslav Pavlovski təmsil edir.