Gecə qatarları təcili surətdə bərpa edilməlidir
Dəmiryolu üzrə bir çox istiqamətlərdə sərnişindaşıyan qatarların fəaliyyəti dayanıb
4,5 ildir ölkə daxili dəmiryolu üzrə bir çox istiqamətlərdə sərnişindaşıyan qatarların fəaliyyəti dayanıb.
Pandemiyaya qədər
- 38/37 Bakı-Tbilisi-Bakı,
- 98/97 Bakı-Ağstafa-Qazax-Bakı,
- 666/665 Bakı-Böyük Kəsik-Bakı ,
- 656-664/655-663 saylı Bakı-Köçərli-Balakən-Bakı,
- 660-672/659-671 saylı Bakı-Astara-Horadiz-Bakı,
- 702/701 Bakı-Gəncə-Bakı,
- 611/612 nömrəli Bakı-Yalama-Bakı, Bakı-Şirvan-Bakı elektrik qatarı fəaliyyət göstərib.
28.12.2018-ci il tarixində Bakıdan Gəncəyə muasir "Stadler" qatarı xəttdə buraxılır. Bakı-Gəncə arasında orta sürət 91 km/saat, maksimum sürət 140 km/saatdır. Gələcəkdə isə 160 km/saat saata qədər qaldırılması hədəflənib. Pandemiya zamanı dayanıb və 18.03.2022-ci il bərpa olundu.
10.03.2023-cü il tarixindən uzadılaraq 731/732 Bakı-Ağstafa qatarı kimi hərəkət etməyə davam etdi.
18.03.2023-cü il tarixindən 709/710 Bakı-Qəbələ-Bakı sərnişin qatarı fəaliyyətə başladı.
ADY-nın ən son qatar sifarişi 29.11.2019-cu il tarixində olmuşdur.
Sifariş verilən 10 Stadler "Flirt" tipli qatarın 4-ü dizel, 6-ı elektriklə işləyir.
Rusya -Ukrayna müharibəsindən sonra Belarusdakı "Stadler Minsk" zavodu sanksiyaya düşmə səbəbindən istehsal Polşanın Siedlce şəhərinində etməyə qərar verilir. İlkin 4 dizel qatar 2023-cü ilin dekabrında Bakıya çatdırılıb. Bu ilin
9 ayında qalan 6 elektrik qatarından 3-ü gəlib, qalan 3-nün ilin sonuna kimi çatdırılması hədəflənib. Alınan qatarlar Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı, Abşeron dairəvi dəmiryolunda hərəkət edəcək. Yeni daha çox qatar sifarişinə ehtiyac var.
Amma nəzərə alaq ki, qatar istehsalı 3-5 il vaxt alır, yeni qatarlar gələnə kimi köhnə yataq tipli qatarları təmir edib xəttə buraxmaq lazımdır, zatən Avropada gecə qatarlarının renesans dövrüdür. Həmçinin gecə qatarları regiondan gələnlər üçün çox rahatdır, gecə yolda olurlar, səhər şəhərə çatırlar və gecə qatarla qayıdırlar.
Əlimizdə olan bütün hərəkət tərkibindən istifadə edərək mobiliyi təmin etməliyik.