BLOQ

Dənizdə batanlar...

Adam dənizin harasında çimə bilər ki, boğulub ölsün?

Dənizdə batanlar...
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Hər dəfə kimsə dənizdə boğulanda fikirləşirəm ki, yəqin hamı görər, başa düşər, ehtiyatlı olar, bundan sonra heç kim bu şəkildə ölməz. Amma səhər baxırsan ki, yenə kimsə dənizdə boğulub. Mənə maraqlıdır, adam dənizin harasında çimə bilər ki, boğulub ölsün? Dənizdə çimməyi çox sevən deyiləm. Amma bir neçə dəfə çimərliyə getmişəm. Suyu göbəyimdən yuxarı qalxmağa qoymamışam. Yoldaşlar bir-birini itələyə-itələyə, bir-birinin belinə çıxa-çıxa bütün qırmızı xətləri keçib uzaqdan anqıra-anqıra məni də çağırıblar, getməmişəm. Onlar çağırdıqca mən geri qayıdıb dizdən olan yerdə balaca-balaca uşaqlarla çimmişəm. Özünü belə təhlükəyə atmaq sənə hansı zövqü verir? Özünü kimə göstərirsən? İş bir dəfə olur, onunla da həyata nöqtə qoyulur. Bunu niyə anlamırsan?

    Vallah, hamısı natamamlıqdandır, daxili boşluqdandır. Adamlar özlərini heç nədə təsdiq edə bilmirlər. Suyun dərin yerində çimə bilməklə özlərini sanki təsdiq etməyə çalışırlar. Bax, mənim də bacardığım bir şey var.

    Allah qapısını açsın, bir dəfə Əvəz Zeynallı ilə Nemət Pənahlı dənizə gedirdi. Nərimanovda qarşılaşdıq, Əvəz məni də dəvət elədi. Getdim. Əvəzlə mən dizə qədər suya girib bir az canımızı isladandan sonra gəlib qumun üstündə oturduq. Nemət üzə-üzə, üzə-üzə, uzaqda bir buruq vardı, düz ora kimi gedib çıxdı. Hələ uzaqdan da qışqırıb kiməsə çağırırdı. O da qayıdasan ki, ə, nədi? Boynuuu...