XƏBƏRLƏR / Hava

Dənizdə dalğanın hündürlüyü 3 metrdir

Faktiki hava

Dənizdə dalğanın hündürlüyü 3 metrdir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 11-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

    Düşən yağıntının miqdarı Qusarda 14, Şabran və Qubada 3, Zaqatala, Qrız, Astara, Daşkəsən və Gədəbəydə 1 millimetrədək qeydə alınır.

    Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə arabir Bakıda və Abşeron yarımadasında 26, Neftçalada 20, Culfada 17, Şabran və Naftalanda 16, Şahbuzda 15 metrədək güclənir.

    Dənizdə dalğanın hündürlüyü 3 metrdir.