XƏBƏRLƏR / Hava

Sabah Bakıda hava yağmursuz keçəcək

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib

Sabah Bakıda hava yağmursuz keçəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 29-da gözlənilən hava proqnozu açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında az çiskinli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 12-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-6° isti, gündüz 10-15° isti olacaq.