Diasporun yay düşərgəsi Xankəndidə keçiriləcək
Tədbir Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq

Bu il Azərbaycan diasporunun yay düşərgəsi Xankəndi şəhərində keçiriləcək.
Tədbir Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq.
2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsinə uyğun olaraq, düşərgənin devizi “Konstitusiya və Suverenlik ili” olacaq.
2025-ci il avqustun 3-dən 9-dək keçiriləcək düşərgədə dünyanın müxtəlif ölkələrindən 100-dən çox azərbaycanlı gənc, eləcə də Azərbaycana dost xalqların nümayəndələri iştirak edəcək.
İştirakçılar Xankəndinin və bütün Qarabağın tarixi-mədəni abidələri ilə yaxından tanış ola, şəhid ailələri və veteranları ilə görüşə biləcəklər.
18-29 yaş arası Azərbaycan dilini bilən gənclər iştirak edə bilər. İştirak xərcləri təşkilatçılar tərəfindən tam ödəniləcək.