DİN və Pentensiar Xidmət birgə əməliyyat keçirdi
Bu barədə Pentensiar Xidmət xəbər verib

Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti birgə əməliyyat keçirib.
Pentensiar Xidmətdən verilən xəbərə görə, yanvarın 31-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Zahid Balakərim oğlu Cəbrayılova məxsus bir ədəd “Karabin” markalı odlu silah və 2 ədəd güllə Binəqədi rayonu 7-ci mikrorayon ərazisində aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.