XƏBƏRLƏR / Din

Dini fəalların qohumları Baş Prokurorluğa etiraz ediblər

Polis aksiyanın gedişinə müdaxilə etməyib. Etirazçıları prokurorluqda qəbul ediblər

Dini fəalların qohumları Baş Prokurorluğa etiraz ediblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Həbsdə olan dini fəalların ailə üzvləri iyunun 2-də Azərbaycan Baş Prokurorluğunun binası qarşısında etiraz aksiyası keçiriblər.

    Onlar öz qohumlarının portretlərini əllərində tutaraq onların azad edilməsini tələb ediblər.

    Aksiya iştirakçılarından biri "Turan"a bildirib ki, fəalları narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs ediblər, lakin istintaqda onlardan İran hakimiyyətilə əməkdaşlıq barədə soruşurlar. Eyni zamanda, dövlət KİV-i onları "İran casusları" elan edib.

    Polis aksiyanın gedişinə müdaxilə etməyib. Etirazçıları prokurorluqda qəbul ediblər.