XƏBƏRLƏR / Hərbi

İzmirdə "Doğu Akdeniz - 2025" təlimi keçirilib FOTO

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

İzmirdə "Doğu Akdeniz - 2025" təlimi keçirilib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin İzmir şəhərində "Doğu Akdeniz - 2025" (Şərqi Aralıq dənizi - 2025) dəvət təlimi keçirilib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, təlimdə qardaş ölkənin hərbi qulluqçuları ilə yanaşı Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup heyəti, ABŞ-ın terrorizmə qarşı təhlükəsizlik qrupu və Pakistan Ordusunun dəniz patrul təyyarəsi iştirak ediblər.

    Təlimdə qarşıya qoyulan tapşırıqların icrası zamanı iştirakçı ölkələrin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.

    Qeyd edək ki, dəvət təliminə on doqquz ölkədən hərbi qulluqçular müşahidəçi qismində qatılıblar.