XƏBƏRLƏR / Siyasət

Donald Tramp İsrail Knessetində çıxış edib

ABŞ Prezidenti oktyabrın 13-də səhər saatlarında İsrailə gəlib

Donald Tramp İsrail Knessetində çıxış edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidenti Donald Tramp İsrail parlamentində (Knessetdə) çıxış edib.

    Donald Tramp 2008-ci ildən bəri Knessetdə çıxış edən ilk ABŞ Prezidenti olub. O, oktyabrın 9-da İsrail və HƏMAS rəsmiləri arasında Qəzzada saxlanılan bütün girovların azad edilməsinə dair razılaşmanı elan etdikdən sonra Baş nazir Benyamin Netanyahudan dəvət alıb.

    “Bu, mənim üçün böyük şərəfdir - böyük və gözəl gündür. Yeni başlanğıcdır”, -deyə Tramp Fəxri qonaqlar kitabında yazıb.

    Knessetə daxil olan Tramp jurnalistlərə açıqlamasında həm də HƏMAS-ın tərk-silah planını həyata keçirəcəyini bildirib.

    ABŞ Prezidenti oktyabrın 13-də səhər saatlarında İsrailə gəlib. Qəzza zolağında atəşkəs razılaşması oktyabrın 10-da günorta saatlarında qüvvəyə minib.