Ermənistanın Fransadan alacağı silahlar xeyriyyəçilik deyil
"Le Mond" qəzeti elan edilən silahların qiymətinin bir neçə yüz milyon avroya çata biləcəyini yazır
Fransanın "Le Mond" qəzeti yazır ki, "Hələ məlum deyil İrəvanın bazar ertəsi əldə edəcəyi elan etdiyi silahların məbləği bir neçə yüz milyon avroya çata biləcək alışlar üçün, o necə ödəyəcək”.
Bazar ertəsi Silahlı Qüvvələr naziri Sebastian Lekornu və Parisdə səfərdə olan erməni həmkarı Suren Papikyan yeni “strateji yaxınlıq” nəzərdə tutulan sənədlərin təfərrüatlarını açıqlayıblar. Fransalı nazir təkid edib ki, göndərilən silahlar hər şeydən əvvəl “müdafiə xarakterli” olacaq və bunlar Fransanın Ukraynaya hərbi yardımında olduğu kimi transferlər deyil, lazımi formada müqavilə əsasında təchizatdır.
Qeyd edək ki, Fransa Ermənistana üç Ground Master 200 (GM200) radar sistemi satmaq niyyətindədir.
Bundan başqa, rəsmi Paris Ermənistana "Mistral" portativ zenit-raket kompleksləri də satmaq istəyir.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) ekspertləri hesab edirlər ki, Fransa hərbi-sənayə kompleksinin istehsal etdiyi silahların qiyməti başqa ölkələrin analoji modellərindən bir neçə dəfə bahadır.