İran və ABŞ sinxron olaraq Qarabağ ermənilərindən danışırlar
İranın Ermənistandakı səfiri "narahatlığını" ABŞ-ın maliyyəşdirdiyi "Azatutyun" radiosuna bildirib
Qarabağın erməni sakinlərinin hüquqlarına hörmət edilməlidir, İranın Ermənistandakı səfiri Mehdi Sobhani ABŞ-ın maliyyələşdirdiyi "Azatutyun" radiosuna müsahibəsində deyib.
“Bu məsələ yara kimidir və bu yaranın sağalması lazımdır. Və bu yara sağalmazsa, bəlkə yenidən açılacaq. Davamlı dünyadan danışarkən bu yara nəzərə alınmalıdır. Ümid edirik ki, Qarabağ sakinləri evlərini zorla tərk etdikləri kimi, onların da öz evlərinə könüllü qayıtmaları üçün şərait yaradılacaq”, - deyə səfir qeyd edib.
Daha sonra "Azatutyun" müxbiri və Sobhani arasında Azərbaycan ərazi bütövlüyünü şübhəyə alan maraqlı dialoq baş verib:
"Azatutyun": Sizcə, təhlükəsizliyi təmin etmək üçün "Artsax" ermənilərinin müəyyən dərəcədə muxtariyyəti olmalıdırmı?
Sobhani: - Hansı şərtlər var, bununla bağlı dialoq, danışıqlar aparılmalıdır. Qoy onlar üçün biz və siz qərar verməyək.
"Azatutyun": - Kim qərar verməlidir?
Sobhani: - Məncə, danışıqlar aparmalıdırlar.
"Azatutyun": - "Artsax" nümayəndələri ilə Azərbaycan nümayəndələri arasında?
Sobhani: - Bunun necə başlaması hər iki tərəfin razılıq məsələsidir. Məqsəd qeyd etdiyiniz təhlükəsizlik və onların hüquqlarına nail olmaq lazımdır.
Maraqlıdır ki, ABŞ-la İran düşmən ölkələr sayılsa da, bəzi məsələlərdə "mehriban düşmənlər" nəinki eyni mövqedən və eyni təkliflərlə çıxış edirlər, onlar, göründüyü kimi, hətta bir-birinə informasiya dəstəyi də göstərirlər.
Azərbaycan Xarici İşlər Nazirliyin reaksiyasını gözləyək.