XƏBƏRLƏR / Siyasət

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Qonağı Baş nazirin müavini Samir Şərifov qarşılayıb

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Oktyabrın 12-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycana rəsmi səfərə gəlib.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Laos Prezidenti Thonqlun Sisuliti Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.