XƏBƏRLƏR / Siyasət

İranın Ermənistandakı səfiri məhz bu gün müxalifətlə görüşüb

Tərəflər TRIPP marşrutunun Ermənistana hansı problemlər yaradacağını müzakirə ediblər

İranın Ermənistandakı səfiri məhz bu gün müxalifətlə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan hakimiyyətinə müxalif olan rusiyapərəst "Güclü Ermənistan" fraksiyasından olan parlament üzvləri İranın Ermənistandakı səfiri Şirqolami ilə görüşüblər.

    Tərəflər Ermənistan-İran gündəliyini, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər və iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinin və genişləndirilməsinin vacibliyini vurğulayıblar.

    Tərəflər TRIPP marşrutunun Ermənistana hansı problemlər yaradacağını müzakirə ediblər və bu sahədə sıx əməkdaşlıq haqda razılığa gəliblər.