XƏBƏRLƏR / Kriminal

Dövlət informasiya ehtiyatlarına DDoS hücumları var

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb

Dövlət informasiya ehtiyatlarına DDoS hücumları var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Artıq bir neçə gündür dövlət informasiya ehtiyatlarına kütləvi DDoS hücumları müşahidə olunur.

    Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

    “Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən kiberhücumların qarşısının alınması və dövlət informasiya ehtiyatlarının fasiləsizliyinin təmin edilməsi üçün zərərli trafikin təmizlənməsi istiqamətində işlər davam etdirilir. Bununla bağlı bəzən real İP ünvanlar da anomal trafik kimi blok siyahısına düşə bilir. Anomal trafikin təmizlənməsi zamanı dövlət informasiya ehtiyatlarından istifadə edən vətəndaşlardan onlara məxsus İP ünvanlarda yarana biləcək qısa müddətli müvəqqəti bloklamaları nəzərə almaları xahiş olunur”, - deyə XRİTDX-nin məlumatında bildirilib.