XƏBƏRLƏR / Neft və Qaz

Dövlət Neft Fondunun neftdən də, qazdan da gəlirləri azalıb

ARDNF cari ilin yanvar-noyabr aylarının yekunları haqda əlumat verib

Dövlət Neft Fondunun neftdən də, qazdan da gəlirləri azalıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 5 725,4 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 9,9% azdır.

    ARDNF-dən verilən məlumata görə, 2023-cü ilin eyni dövründə sözügedən göstərici 6 353,8 mln. ABŞ dolları səviyyəsində olub.

    Bu ilin yanvar-noyabr aylarında Neft Fondunun  “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 416,174 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 3,14 dəfə azalma deməkdir.

    ARDNF-dən verilən məlumata görə, Fondun Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 115,409 mln. ABŞ dolları olub, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə azalma deməkdir.

    Xatırladaq ki, ötən il ARDNF-ın “Şahdəniz”dən əldə etdiyi gəlirləri 1 308 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 9,4% azdır. Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 324,396 mln. ABŞ dolları olub, bu da isə 1,3% azalma deməkdir.