Dövlət və hökumət rəsmiləri, tanınmışlar səsvermədə FOTO
Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfərdir
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev fevralın 7-də 16 saylı Yasamal ikinci seçki dairəsinin 34 saylı seçki məntəqəsində səs verib.
***
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova fevralın 7-də 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.
Səs verənlər arasında qadın voleybolçulardan ibarət milli komandanın və Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayev də var.
***
64 yaşlı mütəxəssis 23 saylı Nəsimi-Səbail seçki dairəsinə gələrək öz namizədinə səs verib.
***
"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov 17 saylı Yasamal üçüncü seçki dairəsinin 2 saylı seçki məntəqəsinə gələrək öz namizədinə səs verib.
***
, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov 7 saylı Səbail rayon seçki dairəsinin 2 saylı seçki məntəqəsində səs verib.