XƏBƏRLƏR / İctimaiyyət

Dövlət Yol Polisi xəbərdarlıq etdi

Mövcud hava şəraiti mövsümə uyğun olsa da, yollarda təhlükəyə səbəb ola bilər

Dövlət Yol Polisi xəbərdarlıq etdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Hazırda paytaxt ərazisində müşahidə olunan dumanlı hava şəraitini, eləcə də gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimalını nəzərə alaraq hərəkət iştirakçılarından yollarda diqqətli olmalarını xahiş edirik”.

    Bu barədə Baş Dövlət Yol Polisi (DYP) İdarəsi məlumat yayıb.

    “Səfərə çıxan sürücülərə, xüsusilə sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, mövcud hava şərtlərini düzgün qiymətləndirmək, texniki-təhlükəsizlik baxımından yararsız, eləcə də mövsümə uyğun təchiz olunmamış nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinmək, sürət həddinə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur”, - məlumatda bildirilib.

    Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yanvarın 30-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.