XƏBƏRLƏR / Hərbi

DSX-nın həlak olan əsgərinin nəşi ailəsinə təhvil verilib

O, dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat edib

DSX-nın həlak olan əsgərinin nəşi ailəsinə təhvil verilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Əli Elşən oğlu Nağıyevin nəşi Gəncəyə gətirilib.

    2005-ci il təvəllüdlü Nağıyev Əli Elşən oğlunun nəşi ailəsinə təhvil verilib. Bir neçə saatdan sonra onun bir vaxtlar yaşadığı evin önündə Ə.Nağıyevlə vida mərasimi başlayacaq.

    Xatırladaq ki, hadisə dünən baş verib. DSX-nın Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.

    Faktla bağlı araşdırma aparılır.