Hərbçilərimiz NATO təlim kurslarını bitirib
Kurslar “NATO əməliyyatlarının operativ səviyyəsində qiymətləndirilməsi” mövzusunda keçirilib
Qərargahı Brunsum şəhərində yerləşən NATO Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Azərbaycan Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında 2023-cü il üçün NATO Fərdi Tərəfdaşlıq Əməkdaşlıq Proqramı çərçivəsində keçirilən “NATO əməliyyatlarının operativ səviyyəsində qiymətləndirilməsi” təlim kursu keçirilib.
İlk öncə kursun yekunlarına dair brifinq təqdim olunub, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Natiqlər Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsində belə kursların əhəmiyyətindən danışıb, məzunları təbrik edib, onlara gələcək karyeralarında uğurlar arzulayıblar.
Sonda məzunlara sertifikatlar təqdim olunub.