XƏBƏRLƏR / Rəsmi

DTX-nın qarşısında yeni çağırışlar durur

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin 105 illik yubileyinə həsr olunmuş tədbirdə xidmət rəisi Əli Nağıyev deyib

DTX-nın qarşısında yeni çağırışlar durur
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Ərazi bütövlüyü və suverenlik tam bərpa olunduqdan sonra Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur."

    Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin 105 illik yubileyinə həsr olunmuş təntənəli tədbirdə DTX rəisi Əli Nağıyev deyib.

    Xidmət rəisi regionda yaranmış vəziyyəti öz xeyrinə dəyişmək istəyən və bölgənin yenidən münaqişə ocağına çevrilməsinə çalışan bəzi dairələrin təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətini, casus şəbəkəsi yaradaraq ölkəmizin milli təhlükəsizliyinin zərərinə hesablanmış müxtəlif planları həyata keçirmə cəhdlərini diqqətə çatdırıb.

    Onun sözlərinə görə, DTX ölkənin təhlükəsizliyinə yönələn bu kimi təhdidləri dəf etmək üçün bütün qüvvə və vasitələrini səfərbər edərək belə hallarla mübarizəsini bundan sonra da inamla davam etdirəcək.