XƏBƏRLƏR / İctimaiyyət

Dünya miqyasında veb saytlara giriş problemləri yaranıb

Dəqiq səbəblər hazırda məlum deyil

Dünya miqyasında veb saytlara giriş problemləri yaranıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Cloudflare məsələ ilə bağlı bəyanat yayıb:

    Xidmətin bərpa olunduğunu görürük, lakin problemlərin aradan qaldırılmasına davam etdiyimiz üçün müştərilər hələ də adi haldan daha yüksək səhv nisbətləri ilə qarşılaşa bilərlər.

    Dəstək portal provayderimiz hazırda problemlərlə qarşılaşır və bu da müştərilərin dəstək biletlərinə baxarkən və ya cavab verərkən səhvlərlə qarşılaşmasına səbəb olur. Bu, müştəri sorğularına cavablara təsir göstərmir və müştərilər hələ də canlı söhbət (Biznes və Müəssisə istifadəçiləri üçün), Cloudflare idarəetmə paneli və ya təcili yardım nömrəmiz (Müəssisə istifadəçiləri üçün) vasitəsilə bizimlə əlaqə saxlaya bilərlər. Bu problemin tam təsirini qiymətləndirmək və onu azaltmaq üçün üçüncü tərəf xidmət provayderimizlə işləyirik.

    ***

    Dünya miqyasında veb saytlara giriş problemləri  yaranıb.

    Dəqiq səbəblər hazırda məlum deyil. X platformasında da problemlər müşahidə olunub.

    Qlobal monitorinq mərkəzi olan Cloudflare Radar qlobal kəsintiləri təsdiqləyərək, hazırda texniki problemlərin həlli üçün işlərin aparıldığını bildirib.

    Cloudflare qeyd edib ki, təfərrüatlar daha sonra açıqlanacaq.

    Hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki problem müşahidə olunur. Bu nasazlıq nəticəsində ölkəmizdə də bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə əlçatanlıq məhdudlaşıb.

    Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

    Bildirilib ki, yaranmış problem lokal infrastruktur və ya milli internet şəbəkəsi ilə bağlı deyil. Çətinlik birbaşa "Cloudflare"-in beynəlxalq şəbəkəsində baş verən texniki nasazlıqdan qaynaqlanır və bütün dünyada çoxsaylı istifadəçilərə təsir göstərir.

    Məlumat üçün bildirək ki, nasazlıqla bağlı "Cloudflare"də açıqlama yayıb.

    Açıqlamaya görə, şirkət hazırda bir neçə müştəriyə təsir edən qlobal səviyyəli nasazlığı araşdırır və aradan qaldırılması istiqamətində iş görür.