BLOQ

Düşmənin səhv etməsini və çaşmasını səbirsizliklə gözləyirik

"Dəmir yumruğ"un Ermənistan siyasi elitasını necə dəyişdirdiyi sadəcə heyrətamizdir...

Düşmənin səhv etməsini və çaşmasını səbirsizliklə gözləyirik
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yadımdadır, 1990-cı illərdə Ermənistan nümayəndələri müzakirə olunan hər hansı bir sənəddə ərazi bütövlüyü prinsipindən bəhs edilməsinin qarşısını necə alırdılar.
    Ən bariz nümunə 1991-ci il Alma-Ata Bəyannaməsidir ki, onun prinsipləri parlament səviyyəsində bu günə qədər faktiki olaraq tanınmayıb. İndi isə Paşinyan və onun tərəfdarları hər fürsətdə bu beynəlxalq prinsipi tərifləməyə çalışırlar, onların əsas istəyi özləri əvvəlki illər ərzində inkar etdikləri "Ermənistan SSR"in sərhədlərinin tanınmasına nail olmaqdır. Və Baş nazirin yaxasındakı qeyri-təbii Zəngəzur çıxıntısı ilə birgə o yöndəmsiz nişana baxmaq kifayətdir...
    Və sonra, Estoniyanın mərhum prezidenti Arnold Rüütelin dediyi kimi, "Cənubi Qafqazın Miloşeviçləri" - iki cinayətkar - Köçəryan və Sarkisyan naftalindən pırtlayıb ortaya çıxdı. Əlbəttə ki, onlar güc balansını dəyişdirə və "Qarabağı qaytara bilməyəcəklərini" başa düşürlər və hətta bunu edəcəklərinə söz versələr belə, ağlı başında olan heç kim onlara inanmaz. Lakin Nyu-Yorkun axmaq meri kimi "iplərini dartanlar" tərəfindən onlara verilən rola uyğun olaraq, siyasi leksikonlarında köhnə süarları saxlamağa çalışırlar.
    Açıq danışsaq, Azərbaycanda bir çoxları düşmənin səhv etməsini və çaşmasını səbirsizliklə gözləyir...