XƏBƏRLƏR / İctimaiyyət

DYP whatsapp nömrəsi təqdim etdi

"Görüntüləri bura yollayın"

DYP whatsapp nömrəsi təqdim etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yollarda təhlükəsizliyin təmin edilməsi, qəzaların qarşısının alınması və sürücü intizamının yüksəldilməsi məqsədilə Baş DYP İdarəsi yeni "whatsapp" nömrəsi təqdim edib.

    Bu gündən vətəndaşlar yollarda qarşılaşdığı və qeydə aldığı yol hərəkəti qayda pozuntularına dair video və foto görüntülərini DYP-nin "whatsapp" nömrəsini göndərə biləcəklər. 

    İdarədən bildirilib ki, yeniliyin edilməsində məqsəd yollarda təhlükəsizliyin təmin edilməsi, qəzaların qarşısının alınması və sürücü intizamının yüksəldilməsidir: “Whatsapp nömrəmiz 050-8000-902-dir. Bu nömrə yalnız foto və video göndərilməsi üçün nəzərdə tutulub”.