“Əbu-Bəkr” məscidi açılacaq
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov belə deyib
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın Nərimanov rayonunda yerləşən "Cümə" məscidində gedən təmir işlərindən danışıb. E.Əzizov jurnalistlərə açıqlamasında bildirib ki, "Cümə" məscidinin əsaslı şəkildə təmiri artıq tamamlanmaq üzrədir. Bakı meri məscidin yaxın vaxtlarda istifadəyə veriləcəyini əlavə edib.
Qeyd edək ki, Nərimanov rayonunda yerləşən "Cümə" məscidi dindarlar arasında “Əbu-Bəkr məscidi” kimi tanınır.