XƏBƏRLƏR / Hadisə

Əfqanıstanda SSRİ dövründən qalma mina partladı

9 nəfər öldü

Əfqanıstanda SSRİ dövründən qalma mina partladı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əfqanıstanın cənub-şərqində yerləşən Qəzni vilayətində köhnə mina partlayıb.

    Partlayış nəticəsində 9 uşaq həyatını itirib.

    Vilayətin informasiya və mədəniyyət idarəsinin rəhbəri Həmidullah Nisar bildirib ki, uşaqlar mina ətrafında oyun oynayarkən hadisə baş verib.

    Minanın SSRİ işğalı dövründən qaldığı bildirilir.

    Həlak olan beş oğlan və dörd qızın 5-10 yaşlarında olduğu qeyd olunur.