Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 2200-ü ötüb
Bu barədə əfqanistanın "Ariana News" agentliyi xəbər verir FOTO

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 2200-ü ötüb, "Ariana News" hökumətdəki mənbələrə istinadən xəbər verir.
“Ümumilikdə 2060 nəfər təxliyə edilib, 23,1 min kiloqram yardım xəstəxanalara və təhlükəsiz zonalara çatdırılıb”, - Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Əfqanıstan Hərbi Hava Qüvvələri güclü zəlzələdən sonra ölkənin şərq əyalətlərində üç günlük fövqəladə əməliyyat zamanı 2000-dən çox yaralı və köçkünü hava yolu ilə daşıyıb və 23 tondan çox yardım çatdırıb, - Nazirlik cümə axşamı bildirib.