XƏBƏRLƏR / Məhkəmə

Ə.İmamoğlu bir iş üzrə məhkəmədə bəraət alıb

Ona qarşı irəli sürülən digər ittihamlarla bağlı məhkəmə prosesləri davam edir

Ə.İmamoğlu bir iş üzrə məhkəmədə bəraət alıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu haqqında “tender saxtakarlığı” ittihamı üzrə məhkəmədə bəraət alıb.

    İmamoğlu Beylikdüzü bələdiyyə başçısı olduğu dövrlə əlaqədar açılmış cinayət işi çərçivəsində bu gün hakim qarşısına çıxıb.

    Məhkəmənin qərarına əsasən, İmamoğluna “tender saxtakarlığı” ittihamı üzrə bəraət verilib.

    Qeyd edək ki, İmamoğluna qarşı irəli sürülən digər ittihamlarla bağlı məhkəmə prosesləri davam edir.