XƏBƏRLƏR / Dünya

Ekvadorda girov götürülənlərin çoxu azad edilib

Bu barədə ölkənin Prezident Administrasiyasının nümayəndəsi məlumat verib

Ekvadorda girov götürülənlərin çoxu azad edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ekvador hüquq-mühafizə orqanları “TC Television” telekanalının studiyasında quldurlar tərəfindən ələ keçirilən girovların əksəriyyətini azad edib.

    Bu barədə ölkənin Prezident Administrasiyasının nümayəndəsi Roberto İsurieta Kanova məlumat verib.

    "Əldə etdiyimiz məlumata əsasən, girovların böyük əksəriyyəti artıq buraxılıb. Hesabatları gözləyirik. Bizim birinci vəzifəmiz hələ də girovluqda olan əməkdaşların həyatını qorumaqdır", - deyə o qeyd edib.

    Hakimiyyət azad edilən və girovluqda olanların sayı barədə dəqiq məlumat verməyib. Quldurların zərərsizləşdirilməsi əməliyyatı davam edir. Hücum edənlərdən bir neçəsi saxlanılıb.

    Xatırladaq ki, silahlı şəxslər Ekvadorun “TC Television” telekanalının studiyasına soxularaq canlı yayımda olan aparıcıları girov götürmüşdülər.

    Qeyd edək ki, Ekvadorda son illərdə cinayətlərin sayı kəskin artıb. Bazar ertəsi ölkə prezidenti Daniel Noboa həbsxanalarda asayişi bərpa etmək üçün fövqəladə vəziyyət və komendant saatı elan edib. Bundan əvvəl bir neçə cəzaçəkmə müəssisəsində iğtişaşlar olub.