Elə bilməyin hamı sizin kimi bişərəf, binamus və biqeyrətdir
Hələ şəhidlərin qanı soyumayıb, hələ nələr olacaq heç kim bilmir
Bu kənd (qəsəbə) Şuşanın Malıbəyli kəndidir. Mənim doğulduğum kənd. İndi bu boyda kənddən əsər-əlamət qalmayıb. Daşı-daş üstə qalmayıb.
Malbəyli kəndi olanda Xankəndindən əsər-əlamət yox imiş.
Bu kənd Qaxın İlisu kəndindən sonra Azərbaycana ən çox alim, professor, müəllim, hərbçi, musiqiçi, həkim və digər möhtəşəm peşə sahibləri olan və yetişdirən ikinci yeganə kənd olub və indi də belədir.
Kənddə eyni ilə Şuşa və Ağdamda inşa edilən məscidlərin tam oxşarı olan üç məscid var idi. Qadınlar və kişilər üçün ayrı-ayrılıqda olan üç Məşədi İbad hamamı var idi, üç məktəb, üstüörtülü üç idman zalı, stadionlar, kitabxanalar, məişət evləri, böyük və müasir polikinika, uşaq bağçası, qazı, suyu, işığı daimi, 1000 nəfərlik klubu, halbuki Şuşada beləsi yox idi. Sonradan “Azərbaycan” kinoteatrı da tikildi.
Bu kənddə divarının eni 60 sm, bəzi hallarda 80 sm olan, 2-3 mərtəbələrdən aşağı olan yaşayış evləri yox idi. Sən demə, 1991-ci ildən sonra Bakıda tikilən belə yaşayış evlərinə villa deyilir. Avtobazası, kifayət qədər taksisi, yük maşınları (hər markadan), Şuşa-Xankəndi-Ağdam istiqamətlərində hərəkət edən təzə sərnişin avtobuslar, "Xəzər" radio fabriki, lampa zavodunun Xankəndi filialı. Rabitə də ki heç, evdə otur, “8” kodunu yığ, Azərbaycanın, o cümlədən keçmiş SSRİ- nin bütün şəhər və qəsəbələri ilə danış, halbuki o vaxt insanlar danışıq məntəqələrinə gedib danışmaq üçün sifariş edirdilər. Nə isə...
Məscidlərin ikisi kəndin mərkəzində idi. Şəkildən göründüyü kimi də, bu kəndin daşı-daş üstə qalmayıb, yalnız məscidin uçurulmuş divarlari... Həm də görünür ki, içərisində donuz, mal-heyvan saxlayıblar, bəlkə indi də belədir. 20-yə qədər şəhid verdi və heç birinin məzarı yoxdur... Nə isə...
İndi Novella adında başıqırxığın biri çıxıb deyir ki, Azərbaycanı sevirsinizsə, ermənilərlə barışın (Azərbaycanı sevən olmuşdunuzsa, erməni Yevlaxa - Kürə, Kürdəmirə, Beylaqan, İmişliyə qədər gəlmək istəyəndə harada idiniz? Və ya övladlarınız harada idi? Azərbaycan sevən olmuşdunuzsa əgər, Əlikram, Surət, “Sadval” qiyam qaldırıb ölkəni, respublikanı, dövləti parçalamaq istəyəndə harda idiniz? Azərbaycanı sevən olmuşdunuzsa, niyə özuünüz və ya övladlarınız, 1-ci Qarabağ və 44 günlük muharibədə niyə iştirak etmədiniz, niyə bir şəhid vermədiniz? Qəfil göydən paraşütlə düşdünüz! Muharibədən üç il keçib, hələ də başımıza oyun açırlar. Hələ şəhidlərin qanı soyumayıb, hələ nələr olacaq, heç kim bilmir. İstəyirsən və ya istəyirsinizsə gedin ermənilərin araxalarından öpun, hiss olunur ki, darıxmısınız, ancaq heç kimin əvəzindən danışmayın. Elə bilməyin hamı sizin kimi bişərəf, binamus və biqeyrətdir!