Rəsulzadənin liderlik fenomenini dananlara
Lidersiz heç bir hərəkat son məqsədə nail ola bilməz
O GÜNÜN GƏLƏCƏYİNƏ DƏRİN İNAMLA
Bir nəslə həyat verən
işıqlı, ürfandı o!
şahlanan imandı o !
Yaşatmazdı qəlblərdə
ümidsizlik və məlal,
Onun məfkurəsiydi:
HAQQ, MÜSAVAT, İSTİQLAL!
Nə heykəl, nə də iz var:
dağda, torpaqda, qumda,
Bir günəşdi, bir günəş!
Batıb gedən üfqümdə!
Sarmışkən atəşilə
imanlı qəlbimizi,
Bir soyuq Mart axşamı
tərk edib getdi bizi!
Sar köksünə, Ankara,
yurdumun zinətini,
Günü gəlincə istər,
sənnən əmanətini,
Şükranını sunarkən
bir gün hörmətlə sənə,
O sümüklər gedəcək!
Gedəcək o Vətənə!
Kərim Yaycılı
1955
P.S.Rəsulzadə gerçeyini həzm edə bilməyənlərə:
Dövlətçiliklə başa çatan istənilən siyasi hərəkatın Lideri olur. Olmalıdır. Lidersiz heç bir hərəkat son məqsədə nail ola bilməz.
1917-ci ilin yazından başlayaraq Məhəmməd Əmin Rəsulzadə Azərbaycan dövlətçiliyi uğrunda hərəkatın Lideri mövqelərinə çıxır. Azərbaycançılıq və İstiqlal düşüncəsini hazırlamış İdeoloq, dövrün ən mütəşəkkil siyasi təşkilatı - Müsavat partiyasının başçısı,
Qafqaz və Ümumrusiya müsəlmanlarının Bakı və Moskva qurultaylarında ən mühüm məsələ - Rusiyanın gələcək dövlət quruluşu və türk-müsəlman xalqlarının milli ərazi muxtariyyəti mövzusunda əsas məruzəçi, Zaqafqaziya Seymində Azərbaycan fraksiyasının rəhbəri,
Trabzon və Batum danişiqlarında Azərbaycan nümayəndə heyətinin başçısı, nəhayət özünün iştirakı olmadan Milli Şurada İstiqlalını bəyan etmiş Azərbaycan Cümhuriyyətinin ilk dövlət başçısı seçilən Rəsulzadədir.