Əli Əsədov Fuat Oktay ilə görüşüb.
Baş nazir Türkiyə Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri ilə siyasi, iqtisadi və humanitar məsələləri müzakirə edib
Baş nazir Əli Əsədov Türkiyə Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay ilə görüşüb.
Tərəflər siyasi, iqtisadi və humanitar sahələrdə Azərbaycan-Türkiyə əməkdaşlığının daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Həmçinin, Azərbaycan ilə Türkiyə arasında dostluq münasibətlərinin bütün sahələrdə dinamik şəkildə inkişaf etdiyi və parlamentlərarası əməkdaşlığın strateji tərəfdaşlığın əsas sahəsi olaraq qaldığı qeyd edilib.
1 dəqiqədən az